Cəmiyyət

Cərimə meydançasında maşını olan sürücülərə XƏBƏRDARLIQ

23 Yanvar 2026 16:23
Baxış: 452
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cərimə meydançalarında uzun müddət sahiblərini gözləyən avtomobillər tez-tez rast gəlinir.

Milli.Az xəbər verir ki, bu nəqliyyat vasitələri inzibati qayda pozuntuları və ya hüquqi prosedurlar səbəbindən polis tərəfindən müvəqqəti saxlanılır. Lakin bəzi hallarda sahiblər maşınlarını geri götürmədiyindən, onlar illərlə meydançada qalır.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirir ki, xarici ölkələrdə avtomobil sahibi müəyyən vaxt ərzində maşını götürməsə, həmin avtomobil dövlət balansına keçirilir. Azərbaycanda isə vəziyyət fərqlidir: burada avtomobil sahibi ya sənədləri qaydaya salaraq maşını götürür, ya da imtina ərizəsi verərək nəqliyyat vasitəsindən imtina edir. İmtina edilən avtomobillər aidiyyəti qurumlara təhvil verilir.

Baş Dövlət Yol Polisi İdarəsinin Baş inspektoru Elvin Hacıyev isə bildirib ki, belə avtomobil sahibləri ilə dəfələrlə əlaqə saxlanılıb və onlara rəsmi məktublar göndərilib:  

"Təəssüf ki, hələ də bu məsələyə laqeyd yanaşan şəxslər mövcuddur. Avtomobillərin duracaqdan götürülməsi və ya utilizasiyaya təqdim edilməsi üçün bütün şərait yaradılıb. Müraciət edən şəxslərə dərhal köməklik göstərilir. Əsas məqsəd ölkənin avtomobil parkının yenilənməsi, ekoloji normalara cavab verməyən və ya tam yararsız vəziyyətə düşmüş nəqliyyat vasitələrinin utilizasiyaya yönləndirilməsi, həm təhlükəsizliyin artırılması, həm də ətraf mühitin qorunmasıdır".

Qeyd edək ki, Tarif Şurasının 12 aprel 2006-cı il tarixli qərarına əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlara gətirilən avtomobillərin gündəlik saxlanma haqqı çəkisinə görə müəyyən edilir. Belə ki, 3,5 tona qədər olan avtomobillərin 1 günlük saxlama qiyməti 1 manat, 3,5 tondan 10 tona kimi olduqda 2 manat, 10 tondan yuxarı olduqda isə 3 manatdır. Minimum 3,5 tonluq avtomobilin 3 ilini hesabladıqda isə bu, min manatdan çox pul edir.

Asya
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.