Cəmiyyət

Ölkə telekanalların proqramlarının janr bölgüsü açıqlanıb - FOTO

23 Yanvar 2026 15:52
Baxış: 299
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda 2025-ci il üzrə ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının janr bölgüsü açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.

Statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında keçən il ərzində efirdə olmuş proqramların janr bölgüsünə görə, 23,47 % informasiya və analitik proqramlar, 16,33 % musiqi və əyləncəli proqramlar, 15,90 % idman proqramları tutub.

13,45 % bədii filmlər və seriallar, 10,90 % reklam məzmunlu materiallar, 8,04 % mədəni-maarif janrında, 3,82 % anonslar, elanlar, 2,93 % sosial yönümlü proqramlar tutub.

Statistikaya görə, 2,89 % sənədli film və materiallar, 1,17 % sosial çarxlar, 1,10 % uşaq proqramları və cizgi filmlər olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.