Şou-biznes

“Uzak Şehir”in məşhur aktyoru atasını son mənzilə belə yola saldı - FOTO

26 Avqust 2025 19:10
Baxış: 524
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kanal D-də yayımlanan Uzaq Şəhər serialında "Kaya" obrazı ilə tanınan gənc aktyor Atakan Özkayanın atası Mustafa Özkaya (60) dəfn olunub. Özkaya, Maltepe Mərkəz Məscidində keçirilən cənazə mərasimindən sonra Başıbüyük qəbiristanlığında torpağa tapşırılıb.

Atakan Özkaya sosial media hesabında atasının vəfat etdiyini açıqlamışdı. Məlumata görə, Mustafa Özkaya ürək problemi səbəbindən xəstəxanaya çatdırılsa da həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib.

Bu gün keçirilən cənazə mərasimində aktyorun həmkarları Ozan Akbaba, Sinem Ünsal, Gonca Cilasun, Dilin Döğer, Ferit Kaya, Alper Çankaya, Burak Şafak, Doğukan Güngör, yaxın dostları və çoxsaylı sevənləri iştirak edib.

Cənazə namazından sonra Mustafa Özkaya Başıbüyük qəbiristanlığında dəfn olunub.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.