İdman

Azərbaycan futbolunda son 18 mövsümdə İLK

26 Avqust 2025 17:50
Baxış: 443
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Misli Premyer Liqasında son 18 mövsümdə ilk dəfə meydan sahibləri eyni turun beş matçında uduzublar.

Milli.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının Mətbuat Xidməti məlumat yayıb.

Son belə hal çempionatın PFL bayrağı altında keçirilməyə başlamasından da əvvəl - 2007/2008 mövsümündə yaşanıb.

Cari mövsümün II turunda baş tutan altı oyundan beşində qonaqlar qələbə qazanıblar. "Araz-Naxçıvan" "Turan Tovuz"a, "Sabah" "Şamaxı"ya, "Zirə" "Qəbələ"yə eyni - 2:1, "Karvan-Yevlax" "Kəpəz"ə 3:2, "Sumqayıt" "Qarabağ"a 1:0 hesabı ilə qalib gəlib. Yalnız "İmişli"nin qonağı olan "Neftçi" səfərdə xal itirib.

2007-ci il dekabrın 1-2-də keçirilən XIII turun 7 oyununda qonaqlar 5 qələbə əldə ediblər. Həmin vaxt "Neftçi" "ABN-Bərdə"ni, "Bakı" "Turan"ı eyni - 2:0, "Standard" "Gənclərbirliyi"ni 5:1, "Masallı" "Karvan"ı, "Olimpik" "Qarabağ"ı eyni - 1:0 hesabı ilə məğlub edib. "Qəbələ" - "İnter" və "Xəzər Lənkəran" - "Simurq" görüşlərində isə meydan sahibləri üç xala seviniblər - hər ikisi 2:1.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.