Hadisə

Cəlilabadda 5 avtomobil toqquşdu - yaralılar var

26 Avqust 2025 20:01
Baxış: 346
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Cəlilabadda zəncirvarı yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, zəncirvarı qəza Cəlilabad rayonunun "Süd zavodu" adlanan ərazisində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan "VAZ 2106" markalı avtomobilin sürücüsü idarəetməni itirərək hərəkətdə olan avtomobilə çırpılıb. Ardınca "Mercedes", "Hyundai" və "VAZ 2107" markalı avtomobillər də bir birləri ilə toqquşub.

Qəza nəticəsində "VAZ 2107"də olan iki sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. /APA

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.