Dünya

"Rusiya 12 günlük müharibədə İsrailə məlumatlar ötürüb"

26 Avqust 2025 15:10
Baxış: 1 869
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya İran və İsrail arasında baş verən 12 günlük müharibə zamanı İsrailə kəşfiyyat məlumatları ötürüb".

Milli.Az xəbər verir ki, bu barədə İranın Siyasi Məqsədəuyğunluğun Müəyyənləşdirilməsi Şurasının üzvü Seyid Məhəmməd Sədr "Seenergyir" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya İsrailə İranda yerləşən hava hücumundan müdafiə sistemlərinin mövqeyi barədə məlumat verib.

Məmur əlavə edib ki, Moskva yalnız İsrailin İrana hücumunu pisləməklə kifayətlənib.

Seyid Məhəmməd Sədr qeyd edib ki, Moskva ilə Tehran arasında ciddi münasibətlər mövcud olsa da, "Rusiyaya etibar etmək olmaz". (Oxu.Az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.