Çinin şimal bölgələri son onilliklərin ən güclü küləklərinin təsiri altındadır.
Milli.Az yerli mətbauat istinadən xəbər verir ki, təbii fəlakət xüsusilə ölkənin Anhui əyalətində ciddi fəsadlara yol açıb.
Rəsmi məlumata görə, güclü küləklər nəticəsində Anhui əyalətində bir nəfər həyatını itirib. Bölgədə binalara, elektrik xətlərinə və kənd təsərrüfatı sahələrinə ziyan dəyib.
Meteoroloqlar bildirirlər ki, küləklərin sürəti son onilliklərdə qeydə alınmış göstəriciləri üstələyib və hava şəraitinin yaxın günlərdə də dəyişkən və təhlükəli qalacağı gözlənilir.
Fövqəladə hallar orqanları və yerli hakimiyyət sakinləri ehtiyatlı olmağa və mümkün qədər açıq havada qalmamağa çağırıb.
Kənan
Milli.Az