Mədəniyyət

Filarmoniyada Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert keçirilib - FOTO

2 İyun 2025 15:31
Baxış: 371
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyanın səhnəsində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş 17 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin konserti keçirilib.

Dirijor Azərbaycan Respublikasının Əməkdar artisti İlahə Hüseynovanın rəhbərliyi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə solistlər - Rahim Əhmədzadə (piano), Cavid Əmirov (tar), Günay Quluzadə (piano), Bəhram Binnətov (piano), Əsra Əlizadə (piano), Musa İsmayılov (qarmon), Əsma Əlizadə (piano), Qönçənur İsmayılova (piano), Rüstəm Məmmədzadə (klarnet), Ayan Qafarova (piano), Əliəkbər Qurban (tar), Ayan Əliyeva (piano), Zəhra Şükürova (piano), Zəhra Şahməmmədli (piano), Fatimə Cabbarova (piano), Mürvətəli Quluzadə (kamança), Atilla Zurufçu (piano), Nuray Həşimli (qanun), Fidan Qafarova (qanun), Asya Quluzadə (piano), Zəhra Qafarova (piano), Ofeliya Abdurəhmanova (piano), Yağmur Yusifli (piano), Rüfət Fərəcli (nağara), Əli Babazadə (nağara), Leyla Abdullazadə (piano), Əli Quluzadə (tar), İnci Əsədova (piano), Hüseyn Əhmədov (vokal) dinləyicilər qarşısında çıxış edib.İlk nömrə olaraq isə məktəbin birləşmiş xor kollektivi (xormeyster Raya İbrahimova, konsertmeyster Cəmilə Əliyeva) çıxış etdi.

Proqramda Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərləri səslənib.

Sonda isə 17 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Samirə İsayeva tamaşaçılara öz təşəkkürünü bildirib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.