Maraqlı

Pişiklər sahiblərini necə tanıyır?

4 İyun 2025 02:02
Baxış: 1 008
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ev pişikləri sahiblərini yalnız görkəmlərinə görə deyil, eyni zamanda güclü qoxu duyumu sayəsində də ayırd edə bilirlər. Alimlərin apardığı yeni tədqiqatlara görə, pişiklər burunlarının hər iki dəliyindən fərqli şəkildə istifadə edərək tanış və yad qoxuları ayırmaq qabiliyyətinə malikdirlər.

Milli.Az xəbər verir ki, araşdırma zamanı pişiklərə həm sahiblərindən, həm də tanımadıqları şəxslərdən götürülmüş qoxu nümunələri təqdim olunub. Nəticələr göstərib ki, pişiklər tanımadıqları şəxslərin qoxusunu daha uzun müddət iyləyir, sahiblərinin qoxusunu isə qısa müddətdə və asanlıqla tanıyırlar. Bu fakt onların güclü qoxu yaddaşına sahib olduqlarını ortaya qoyur.

Ən maraqlı məqamlardan biri isə pişiklərin tanış qoxuları sol burun dəliyi ilə, yad və potensial təhlükə ola biləcək qoxuları isə sağ dəliklə qəbul etmələridir. Alimlər bu fərqli yanaşmanı pişik beyninin sağ və sol yarımkürələrinin müxtəlif informasiyaları fərqli şəkildə emal etməsi ilə izah edirlər.

Mütəxəssislər qeyd edirlər ki, qoxu hissi pişiklər üçün yalnız ətraf mühitdə istiqamət tapmaq deyil, həm də sosial əlaqə qurmaq, təhlükəni tanımaq və özlərini təhlükəsizlikdə hiss etmək üçün əsas vasitələrdən biridir. Bu səbəbdən də sahiblərinin qoxusu pişiklər üçün bir növ rahatlıq və güvən simvoludur.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.