19:48
Monteneqronun Prezidenti Yakov Milatoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbik məktubu ünvanlayıb.
Milli.Az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
28 May - Müstəqillik Günü münasibətilə Monteneqro vətəndaşları adından və şəxsən öz adımdan Sizi və xalqınızı səmimi-qəlbdən təbrik edir, ölkənizin davamlı inkişafı və xalqınızın rifahı naminə ən xoş arzularımı çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək, Monteneqro ilə Azərbaycan arasında inkişaf etməkdə olan sıx və hərtərəfli münasibətlərə görə dərin təşəkkürümü bildirmək istərdim. Ənənəvi dostluq və qarşılıqlı hörmət ruhunda inkişaf etdirdiyimiz bu münasibətlər yüksəksəviyyəli müntəzəm təmaslarla möhkəmlənməkdədir. Bu, eyni zamanda, Monteneqronun azərbaycanlı dostlarımızla əməkdaşlığın dinamik inkişafına verdiyi əhəmiyyətin göstəricisidir.
Bu baxımdan, xüsusilə turizm və energetika sahələrində həyata keçirdiyimiz birgə layihələri yüksək qiymətləndiririk. Bu layihələr hər iki ölkənin iqtisadi inkişafına töhfə verir və sərmayələr davamlı uğurlu əməkdaşlığımız üçün möhkəm təməl yaradır. Əminəm ki, ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri yüksələn xətt üzrə davam edəcək, Monteneqro ilə Azərbaycan bu günün mürəkkəb geosiyasi şəraitində dostluq, etimad və qarşılıqlı maraqlara əsaslanan harmoniyalı əməkdaşlığın nümunəsinə çevriləcəkdir.
Bu əlamətdar gün münasibətilə Sizə və ölkənizə səmimi təbriklərimi, möhkəm cansağlığı, sülh və firavanlıq arzularımı çatdırır, Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm".
---------------
2025.06.04
Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbik məktubu ünvanlayıb.
Milli.Az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Əlamətdar bayram - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Azərbaycanın müstəqilliyinin qürurla qeyd olunduğu bu gün həm də ölkələrimiz arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələrini bir daha təsdiqləmək üçün yaxşı fürsətdir.
Bu əlamətdar gündə xalqlarımızın davamlı rifahı naminə qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığımızı dərinləşdirməyə sadiqliyimizi bir daha bildirirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
16:29
Türkiyə Böyük Millət Məclisinin deputatı, TÜRKPA-da Türkiyə nümayəndə heyətinin üzvü Kadim Durmaz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbik məktubu ünvanlayıb.
Milli.Az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının elan edildiyi 28 May - Müstəqillik Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan müstəqilliyini əldə etdiyi vaxtdan böyük uğurlara imza atıb, ölkə daxilində köklü dəyişikliklər həyata keçirilib, eləcə də Qərb institutlarına inteqrasiya istiqamətində mühüm irəliləyişlər əldə olunub və biz bütün bu prosesləri təqdirlə müşahidə edirik.
Tarix boyu Azərbaycan ilə münasibətlər Türkiyə üçün prioritet olub.
Ulu öndərlər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir", Heydər Əliyevin isə "Bir millət, iki dövlət" kəlamları ölkələrimiz arasında münasibətlərin təməl prinsipi kimi qəbul edilmiş və Siz bu münasibətləri daha da inkişaf etdirmisiniz.
Türkiyə-Azərbaycan münasibətləri çoxşaxəli əməkdaşlığa əsaslanır, hər iki ölkə münasibətlərin daha da dərinləşməsinə diqqət yetirir, regionda sülhü və sabitliyi prioritet hesab edir, Türk Dövlətləri Təşkilatını gücləndirir və qlobal siyasətdə daha fəal rol oynamağı hədəfləyir.
Cənubi Qafqazda və Türk dünyasında uzunmüddətli perspektivdə nümunəvi münasibətlər kimi qiymətləndiriləcək Azərbaycan-Türkiyə əlaqələrinin gələcəkdə daha da möhkəmlənməsini arzulayıram.
Müstəqillik Günü münasibətilə Sizə bir daha səmimi təbriklərimi, dərin hörmət və ehtiramımı çatdırıram".
14:38
Paraqvay Respublikasının Prezidenti Santyaqo Penya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Milli.Az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
28 May - Müstəqillik Günü münasibətilə Sizə Paraqvay Respublikasının hökuməti və xalqı adından və şəxsən öz adımdan səmimi qardaşlıq salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Bu əlamətdar bayram münasibətilə qardaş Azərbaycan xalqına sülh, xoşbəxtlik və rifah arzularımı ifadə edir, eyni zamanda Paraqvay Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin daim möhkəmlənməsini diləyirəm.
Fürsətdən istifadə edərək, Zati-alinizə ən dərin hörmət və ehtiramımı bir daha bildirirəm".
03.06.2025
18:55
Küveyt Dövlətinin Baş naziri Əhməd Abdullah əl-Əhməd əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Milli.Az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri cənab Prezident.
Dost Azərbaycan Respublikasının Müstəqillik Gününün ildönümü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan sevinc duyuruq.
Fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında mövcud olan möhkəm dostluq əlaqələrindən məmnunluğumuzu ifadə edirik.
Sizə uzun ömür, cansağlığı, dost ölkənizə davamlı inkişaf və firavanlıq diləyirik".
------------
18:52
Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Milli.Az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycanın milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Sizə səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Zati-alinizə cansağlığı və səadət, qardaş ölkənizə və onun xalqına isə daha da çox tərəqqi və rifah arzu edirəm".
------------
18:52
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Milli.Az xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Gününün ildönümü münasibətilə Sizə və xalqınıza Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımızı və təbriklərimizi çatdırıram.
Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına daha da çox firavanlıq və tərəqqi diləyirəm.
Həmçinin ölkələrimiz arasında mövcud olan sıx münasibətlərin qarşıdakı illərdə möhkəmlənməkdə davam etməsini arzulayıram".
Milli.Az