Ölkə

Zülfüqar Xəlilov vəzifəsindən azad edildi

5 İyun 2025 18:49
Baxış: 1 043
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun əmri ilə İmişli 6 saylı "Magistral Yolların İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru Zülfüqar Xəlilov işdən çıxarılıb.

Milli.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, MMC-nin direktoru vəzifəsinə Əflatun Xanoğlan oğlu Feyzullayev təyin olunub.

Qeyd edək ki, 6 saylı "Magistral Yolların İstismarı" MMC-nin uzun illər direktoru vəzifəsində Şükür Astanov işləyib. O, İmişli rayonunda "Orion-E" MMC və digər şirkətlər təsis edərək biznes fəaliyyəti ilə də məşğul olub. İşdən çıxarılan Zülfüqar Xəlilov da "Orion-E" MMC-nin direktoru vəzifəsində işləyib və rayonda Şükür Astanovun yaxın adamı kimi tanınıb.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.