Sağlamlıq

Bu qan qrupundan olan insanlara pis xəbər

6 İyun 2025 20:00
Baxış: 2 252
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyalı mütəxəssislər müəyyən edib ki, ağcaqanadlar ən çox 0 qan qrupuna malik insanlara hücum edir və bu insanlar digərləri ilə müqayisədə ikiqat risk altındadır.

Milli.Az xəbər verir ki, Zərərvericilərlə Mübarizə İnstitutunun araşdırmasına görə A qan qrupu olan şəxslər daha az, B qan qrupu olanlar isə orta səviyyədə risk altındadır. Dişi ağcaqanadlar qurban seçərkən insanın bədənindən yayılan kimyəvi maddələrə əsaslanır.

Florida Universitetinin entomoloqu Conatan Dey bildirib ki, ağcaqanadlar üçün ən güclü cəlbedici amil karbon qazıdır. Metabolizması sürətli olan insanlar daha çox karbon qazı ifraz etdiyindən, onlar ağcaqanadlar üçün daha cazibədar olur. Bu həşəratlar karbon qazını 60 metr məsafədən hiss edə bilir.

Tədqiqatda o da qeyd olunub ki, bədən istiliyi, idman zamanı yaranan laktik turşu, dərialtı qan damarlarının görünməsi və hətta geyim rəngi də ağcaqanadların seçimində rol oynayır. Qara və tünd rəngli paltar geyinənlər isə daha çox hədəfə çevrilir.

İsmayıl
Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.