Ölümə aparan arıqlama üsulu - Ağciyər deşilə bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son vaxtlarda dünyada incə bel görünmək məqsədilə qabırğaların kəsilməsi kimi qeyri-adi üsullara maraq artıb və bu tendensiya tibbi ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, rusiyalı cərrah Xəlil Ziyəddinov beli incəltmək məqsədilə qabırğaların çıxarılması və ya kəsilməsi əməliyyatlarının ciddi, hətta ölümcül fəsadlara səbəb ola biləcəyini bildirib. Onun sözlərinə görə, bu cür müdaxilələr ağciyərin deşilməsi və daxili orqanların zədələnməsi riskini artırır.
Ziyəddinov qeyd edib ki, müasir estetik cərrahiyyə bədən formalarının dəyişdirilməsi üçün bir neçə üsul təklif etsə də, torakoplastika zamanı qabırğaların çıxarılması daxili orqanların təbii müdafiəsini zəiflədir. Daha geniş yayılan osteotomiya üsulunda isə sınıq qabırğanın ağciyəri deşməsi ehtimalı mövcuddur.
Cərrahın sözlərinə görə, kəskin qabırğa ucları digər orqanlara və iri damarlara da zərər verə bilər. Bu isə retroperitoneal hematomların və sonradan irinli flegmonaların yaranmasına gətirib çıxarır. Nəticədə bəzi hallarda əlavə əməliyyat tələb olunur, ağır ssenaridə isə sepsis inkişaf edə bilər.
Mütəxəssis vurğulayıb ki, bərpa mərhələsindən sonra belə belin həqiqətən incələcəyinə heç bir həkim zəmanət verə bilməz. Onun sözlərinə görə, əzələlər sınıq qabırğaları yenidən əvvəlki vəziyyətinə çəkə və ya sümüklər düzgün bitişməyə bilər.
Ziyatdinov bildirib ki, həkimlər ilkin mərhələdə yalnız liposaksiyanı tövsiyə edirlər. Əksər hallarda bu üsul kifayət edir. Qabırğalarla bağlı cərrahi müdaxilələr isə adətən piylənməsi olmayan, lakin təbii bədən proporsiyalarını dəyişmək istəyən pasiyentlər tərəfindən son seçim kimi nəzərdən keçirilir.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dünyada qızılca epidemiyası: Yoluxma rekord həddə çatdı
-
30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? – Vacib tövsiyələr
-
Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı
-
Yüksək təzyiqin gizli səbəbi - İnsanlar bundan xəbərsizdir
-
İş günündən əvvəl hansı hərəkətlər faydalıdır?
-
Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
XƏBƏR LENTİ
-
18 yaşlı xanımı öldü: Ərinin vəziyyəti ağırdır
-
Təmizlik işçisi gözəlliyi ilə diqqət çəkdi – (Video)
-
Dövlət sərhədini pozmağa cəhd edən İran vətəndaşları saxlanıldı
-
İlham Əliyev: Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk
-
Prezident: Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur
-
İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
-
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
-
Hindistanda 400 min nəfərlik toy - Yeməyi fincanlara yığdılar - (Video)
-
Xalq artisti 54 il əvvələ aid fotosunu paylaşdı
-
Bakıda çayxanada ata və oğlu bıçaqlandı
-
Zaxarova: “Latviya öz ayağına güllə atacaq”
-
15 yaşlı yeniyetmə bıçaqlandı - Tutulan var
-
Məşhur aktrisa 45 kiloqram arıqladı – Tanınmaz haldadır
-
Bu müəllimlər üçün vacib xəbər
-
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? - Açıqlama
-
Meksikanın Dünya Mədəniyyətləri Muzeyinin kitabxanasına Azərbaycan nəşrləri təqdim edilib (Foto)
-
İdmançılarımız Ermənistanda 6 medal qazandı
-
Röyanın makiyajsız halı diqqət çəkdi (Foto)
-
Peruda hərbi helikopter qəzaya uğradı: 8 hərbçi öldü
-
Səlim Müslümova ağır itki
-
Ağsuda 2 maşın toqquşdu: Ölən var
-
Ərdoğan Yunanıstan Prezidenti ilə görüşəcək
-
Allahverdi Yolçuyev vəsiyyətini açıqladı
-
Abdulla Məmmədov qəfil vəfat etdi





