Bəzi yeməklər var ki, onları qızdırmaq üçün yenidən tavaya tökdükdə ya yanır, ya da dadı dəyişir.
Milli.Az xəbər verir ki, mikrodalğalı sobada isinən zaman yeməyin dadı dəyişmir. Bu sobalar hər kəsin evində olmadığı üçün bəzi şəxslər dolma kimi yeməkləri isitməkdə çətinlik çəkirlər.
Bu məqamda aşağıdakı videoda təqdim olunan üsul köməyə çatır.
Araşdırmalara görə mikrodalğalı sobalar qidanı ionlaşdırmayan elektromaqnit dalğaları ilə qızdırır. Bu dalğalar qidanın kimyəvi quruluşunu dəyişmir və radioaktiv təsir göstərmir. Qızdırma prosesi əsasən su molekullarının hərəkətinin sürətlənməsi hesabına baş verir.
Mikrodalğalı sobalar radiasiya yaymır, çünki cihazlar xüsusi qoruyucu örtüklə istehsal olunur. Qidada vitamin itkisi mümkündür, lakin bu hal digər bişirmə üsullarında da müşahidə edilir.
Mütəxəssislər risklərin əsasən istifadə qaydalarına əməl edilmədikdə yarandığını vurğulayırlar. Plastik qabların mikrodalğalı sobada istifadəsi zərərli kimyəvi maddələrin qidaya keçməsinə səbəb ola bilər. Çatlar olan və ya nasaz cihazlardan istifadə isə tövsiyə edilmir.
Milli.Az görüntüləri təqdim edir:
İsmayıl
Milli.Az





