Sağlamlıq

Məşhur şirkətin makaronlarında görün nə tapıldı - Marketlərdən yığışdırılır

7 İyun 2025 00:30
Baxış: 2 329
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barilla" makaronunda sağlamlıq üçün təhlükəli maddə aşkarlanıb.

Dünyaca məşhur makaron istehsalçısı "Barilla" şirkətinə məxsus məhsulda sağlamlıq üçün potensial təhlükəli maddə - qlifosat pestisidi aşkarlanıb.

ABŞ-də aparılan müstəqil laboratoriya testləri zamanı "Barilla Whole Grain Rotini" (tam buğdalı rotini) məhsulunda qlifosatın miqdarı 130 ppb (hissə milyardda) səviyyəsində qeydə alınıb.

Qeyd olunur ki, qlifosat dünyanın bir çox ölkəsində geniş istifadə olunan herbisiddir və bəzi beynəlxalq araşdırmalara görə, bu maddə uzunmüddətli istifadədə xərçəng riskini artıra bilər.

Ekspertlərin fikrincə, bu səviyyədə qlifosat birbaşa zərərli sayılmasa da, daimi qəbulu sağlamlıq üçün təhlükə yarada bilər. ABŞ və Avropa İttifaqında bu maddənin qida məhsullarında qəbul edilə bilən maksimum miqdarı fərqlidir və bəzi ölkələrdə bu hədd 100 ppb-dən aşağı müəyyən edilib.

"Barilla" şirkəti məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Mütəxəssislər istehlakçılara məhsulların tərkibinə diqqət yetirməyi və mümkün risklərə qarşı ehtiyatlı olmağı tövsiyə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.