İdman xərçəng xəstələrinin ömrünü uzadırmış
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fiziki aktivlik təkcə sağlam qalmaq üçün deyil, xərçəngdən sağ qalan xəstələrin ömrünü uzatmaq və xəstəliyin yenidən yaranmasının qarşısını almaq üçün də ciddi təsirə malikdir.
Milli.Az xəbər verir ki, yeni beynəlxalq araşdırma sübut edib ki, yoğun bağırsaq (kolon) xərçəngi müalicəsindən sonra həyata keçirilən müntəzəm idman proqramları xəstələrin sağ qalma ehtimalını artırır. Kanada, Avstraliya, İngiltərə, İsrail və ABŞ-da aparılan tədqiqat zamanı bir qrup xəstəyə sadəcə maarifləndirici kitabça təqdim olunub, digər qrup isə fərdi məşqçi ilə 3 il ərzində mütəmadi görüşərək fiziki aktivliyini qoruyub.
Əsasən həftədə bir neçə dəfə 45 dəqiqəlik gəzinti ilə məşğul olan bu qrupun üzvlərində 8 il sonra xərçəngin yenidən yaranma riski 28%, ölüm riski isə 37% aşağı qeydə alınıb. Bəzi əzələ ağrıları və zədələr müşahidə olunsa da, nəticələr həm həkimləri, həm də xəstələri ümidləndirib.
Tədqiqat dünyanın aparıcı onkoloji tədbiri olan ASCO konfransında təqdim olunub və "New England Journal of Medicine" jurnalında dərc edilib. Kanadalı mütəxəssis Christopher Booth bildirib ki, bu cür proqramlar xəstəyə bir neçə min dollara başa gəlsə də, onların nəticəsi həm ömrü uzadır, həm də həyat keyfiyyətini yaxşılaşdırır.
Tədqiqatda iştirak edən və idmanı həyatına daxil edən Terri Swain-Collins qeyd edib ki, məşqçi dəstəyi ilə məsuliyyət hissi formalaşır və bu sayədə idmanı tərk etmək istəməyib. İndi də gündəlik gəzintilərini davam etdirir.
Alberta Universitetindən Kerry Courneya isə vurğulayıb ki, insanlar idmanın faydasına inandıqları və dəstək aldıqları zaman bu vərdişi uzunmüddətli davam etdirə bilirlər: "Artıq əminliklə deyə bilərik ki, fiziki aktivlik xərçəngdən sonrakı sağ qalma ehtimalını artırır."
Mütəxəssislər yoğun bağırsaq xərçəngindən sağalan bütün şəxslərə aktiv həyat tərzini seçim etməyi və mütəmadi idmanla məşğul olmağı tövsiyə edirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
XƏBƏR LENTİ
-
Qəhvəyə 1 çay qaşığı əlavə edin: Şəkəri əvəz edir, arıqlamağa kömək edir
-
Evli kişilərin tualetdə uzun müddət qalmağının səbəbi
-
Məşhur ulduzların səhnəyə çıxmazdan əvvəlki qəribə vərdişləri
-
Süni intellektə bu sualı verməyin - nəticəni oxuyan xəstəxanaya qaçır
-
Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Holand Ronaldunu kölgədə qoydu
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)





