Avto

Maşın bazarında son vəziyyət: Daha bu maşınlara tələbat yoxdur

2 İyun 2025 10:40
Baxış: 14 155
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yayın gəlişi ilə avtomobil bazarında hər il müəyyən dinamika müşahidə olunur və bu il də istisna deyil.

Milli.Az xəbər verir ki, hazırda mövcud vəziyyət belədir: "Mercedes", "Bmw", "Audi" kimi performans maşınları dəyərini qoruyub saxlayıb, Yapon avtomobillərinə maraq olduğu kimi qalmaqdadır. Çin avtomobilləri sadəcə ekonom hesab edilən Koreya maşınlarının bazarını kəskin öldürüb. Çünki, əvvəllər də, sadəcə ekonom olduğuna görə seçilən koreya maşınlarının daha ekonom alternativləri çıxıb.

Çin avtomobillərinin qiymətindəki endirimlər bazarda real rəqabət yaradıb. Xüsusilə elektrikli modellərin artan çeşidi və daha münasib qiymətlərlə təklif olunması onları alıcılar üçün cəlbedici etdi. Bu endirimlər yalnız qiymət yox, həm də zəmanət və servis imkanlarında da müsbət dəyişikliklərlə müşayiət olunur ki, bu da alıcının riskini azaldır.

Koreya avtomobillərinə tələbatın azalması bir neçə amillə izah oluna bilər. Birincisi, qiymətlər Çin modelləri ilə müqayisədə daha yüksək qalıb. İkincisi, texnologiya baxımından Çin markaları çox qısa müddətdə fərqi bağlayıb, bəziləri hətta qabaqlayıb. Üçüncüsü isə Koreya avtomobillərinin dizayn və təchizat baxımından son yenilikləri bəzi alıcılara artıq o qədər də cəlbedici gəlmir.

Performans maşınlarının (idman yönümlü modellər, güclü mühərrikə malik sedan və kupe modelləri) qiymətini qoruyub saxlaması gözləniləndir. Bu kateqoriyada təklif az, alıcı isə konkret zövqə sahib və çox vaxt imkanlı təbəqədən olur. Bu avtomobillər bazarda prestij, fərqlilik və sürət axtaranlar üçün alınıb saxlanılır, qiymət isə daha çox markanın nüfuzundan və nadirliyindən asılıdır.

Ümumilikdə isə yayın gəlişi ilə bazarda aktivlik bir qədər artır. Hava şəraitinin yaxşılaşması, rayonlara, istirahətə getmək ehtiyacı, xüsusən də ailəvi avtomobillərə marağı artırır. Amma eyni zamanda, yanacaq qiymətlərinin və ehtiyat hissələrinin bahalaşması da bəzi alıcıları düşünməyə vadar edir. Buna görə bu yayın əsas qalibləri, çox güman ki, münasib qiymətə, qənaətcil və texnologiya baxımından dolğun Çin modelləri olacaq.

İslam
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.