Dünya

Rusiya Maska siyasi sığınacaq təklif etdi

6 İyun 2025 20:38
Baxış: 791
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitə sədrinin birinci müavini Dmitri Novikov amerikalı milyarder İlon Maska siyasi sığınacaq təklif edilə biləcəyini açıqlayıb.

O, bu barədə TASS agentliyinə danışıb. Novikov bildirib ki, Mask fərqli maraqların toqquşduğu mürəkkəb bir oyunun içindədir və ona siyasi sığınacaq lazım olmayacaq. Buna baxmayaraq, əgər ehtiyac yaranarsa, Rusiya bu imkanı təqdim etməyə hazırdır.

"Əgər ona siyasi sığınacaq lazım olarsa, əlbəttə, Rusiya bunu təmin edə bilər", - deyə deputat bildirib.

Bununla yanaşı, Kremlin sözçüsü Dmitri Peskov məsələyə münasibət bildirərək bu məsələnin ABŞ-nin daxili işi olduğunu və Moskvanın müdaxilə etməyi düşünmədiyini deyib.

Qeyd edək ki, bu açıqlamalar ABŞ-da İlon Maskla bağlı gündəmə gələn siyasi gərginlik və hüquqi təzyiqlər fonunda səsləndirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.