Şou-biznes

"Oğluma dedim ki, o qızı bədbəxt etmə"

5 İyun 2025 18:30
Baxış: 1 217
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Gənclər ailə qurmağa hazır deyillər. Oğlumun ikisi də evlidir, amma mən gəlinlərimi tanımamışam. İkisi də xanımını özü seçib. Birlikdə yaşayacaq insan onlardır. Əlbəttə ki, yaxşı müdaxiləm, məsləhətim olub".

Milli.Az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Xəbərin var?" verilişində deyib. Sənətçi oğullarının ailə qurmasından danışıb:

"Biz ad xatirinə, kiməsə acıq vermək şərti ilə ailə qurmamalıyıq. İnsan ailə qurmağa hazır olmalıdır. Bu, oyun deyil. Qadın və kişinin kaprizinə görə uşaqlar travma alırlar. Oğlan və ya qız ailə qurmağa hazır deyilsə, kiminsə uşağını bədbəxt etməsin. 

Elçi gedəndə oğluma dedim ki, üzümü qara etmə. O qızı da bədbəxt etmə. O da bir ana-atanın övladıdır. Əziyyət çəkib övlad böyüdüb, oxudub. Əgər gedib sabah bütün abrımı əlimdən alacaqsansa, etmə. Qapıya gedəndə qıza dedim ki, ailə qurmağa hazırsan? Bir az ailə işinə ciddi yanaşaq". (Axşam.az)

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.