Hadisə

Gəncədə yük maşını yaşlı qadını vurub öldürdü

13 Dekabr 2025 17:19
Baxış: 346
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələn qəza baş verib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, yük avtomobili yolun qarşı tərəfinə keçmək istəyən 1966-cı il təvəllüdlü Rəna Məmmədovanı vurub.

59 yaşlı qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. 

İlkin məlumata görə, piyadanı vuran yük avtomobili Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.