Bu şəxslər də gələn ildən daha çox vergi ödəyəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Vergi Məcəlləsi"nə edilən yeni dəyişikliklərə əsasən, sabit qəbz və ailə kəndli təsərrüfatları üçün mövcud rejim saxlanılsa da, dərəcələr artırılacaq. Belə ki, gələn ildən qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, sabit qəbzdə regional əmsallarda 3 faizlik dərəcə 5 faizə, 5 faizlik dərəcələr isə 8 faizə çatdırılacaq".
Milli.Az xəbər verir ki, bunu "Qafqazinfo"ya açıqlamasında deputat Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bu o deməkdir ki, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və eləcə də fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət üçün ödəniş minimum aylıq əməkhaqqının 5 faizi miqdarından 8 faizədək artırılır: "Digər sabit qəbz tələb olunan fəaliyyət növlərində isə dərəcələr 3 faizdən 5 faizə çatdırılır. Bu fəaliyyət növləri üzrə regional əmsalların tətbiqini də nəzərə aldıqda, paytaxt və bir sıra iri şəhərlərdə ödənilən məbləğ daha yüksək olur. Belə ki, Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) 2,0, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 1,5 və digər şəhər və rayonlarda is 1,0 əmsalından istifadə edilir".
Deputat bildirib ki, yeni dəyişikliklərdən sonra, sözügedən fəaliyyətlə məşğul olanların ödənişlərində artımlar qeydə alınacaq: "Məsələn bərbər fəaliyyəti ilə məşğul olanlar əvvəl Bakıda 24 manat (400 manat (minimum əmək haqq) x 3 faiz x 2 əmsal) ödəyirdisə, 2026-ci ildən etibarən 40 manat (400 manat (minimum əmək haqqı) x 5 faiz x 2 əmsal) ödəyəcəklər. Yəni bərbərlərin aylıq ödənişində Bakı şəhərində 16 manat artım qeydə alınacaq. Belə 2 faizlik artım x2 əmsal = 4 faiz edir. Minimum əməkhaqqı da 400 manat olduğu üçün 16 manat (400 manat x 4 faiz) artım qeydə alınır.
Və ya fərdi foto fəaliyyəti ilə məşğul olan şəxslər əvvəl Bakıda 40 manat (400 manat (minimum əmək haqq) x 5 faiz x 2 əmsal) ödəyirdisə, 2026-ci ildən etibarən 64 manat (400 manat (minimum əmək haqqı) x 8 faiz x 2 əmsal) ödəyəcəklər. Yəni həmin şəxslərin ödənişlərində 24 manat artım olacaq.
Gözlənilir ki, yeni dərəcələr sabit qəbzin tətbiq edildiyi sahələrdə xərcləri artıracaq. Adətən isə sahibkarlar məcburi öhdəliklər üzrə xərclər artan zaman qiymət artımlarına gedirlər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
-
Vergi ödəyicilərinin diqqətinə: Şikayətdən əvvəl bunları edin
-
Neft son 3 ayda ilk dəfə bu qədər ucuzlaşdı
-
Dünya bazarında neft ucuzlaşdı
-
Ramiz Mehdiyevin ailə bankı BOKT-a çevrildi
-
İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün müsabiqə keçirilir
XƏBƏR LENTİ
-
Keyfiyyətli kərə yağı necə seçilir?
-
Dağılmayan turşulu kiftə resepti
-
Neçə dəqiqəyə günəş yanığı yaranır?
-
Gecə yuxusu üçün ən ideal otaq temperaturu açıqlandı
-
Hindistan qozu qabıqlarını yolların altına döşəməyə başladılar
-
Dəqiqələr ərzində hazır: Tavada brauni resepti
-
Elman Paşayevin oğlu həbs edildi
-
Ermənistan ABŞ ilə birgə hərbi təlimlərə başlayır
-
Azərbaycanda xanəndə dünyasını dəyişdi
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Günün qoroskopu: Riskli investisiyalardan uzaq durun
-
İzzət Bağırovun oğlu məzun oldu - FOTO
-
"Space" TV-də yüksək vəzifəyə təyinat
-
“Turan Tovuz” avrokuboka buraxılmadı - CAS-dan yekun qərar
-
Asenanın son halı - tanımaq olmur - FOTO
-
Yeddi il əvvəl əkinə başladı - hər ağacdan 300 kq məhsul götürür – FOTO
-
Köhnə Günəşlidə binada yanğın - VİDEO
-
“El Calor en Baku – Azerbaijan Tango Festival” Beynəlxalq Tanqo və Mədəniyyət Festivalının proqramı təqdim olunub
-
Pezeşkian ABŞ ilə yekun razılaşmadan danışdı
-
Kafedə yemək yediyi yerdə boğuldu - Xilas edilmə görüntüləri - VİDEO
-
İspaniya Kabo Verde ilə oyunda xal itirib - YENİLƏNİB
-
Matçın ilk 30 dəqiqəsində topa toxunmadı
-
Hörmüzün tam açılacağı tarixi açıqlandı
-
Gəncədə iki avtomobil toqquşub - xəsarət alanlar var





