Dünya

Ərdoğan Putinlə görüşün detalları barədə danışdı

13 Dekabr 2025 17:38
Baxış: 482
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistana səfərdən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, dövlət başçısı Rusiya Prezidenti Vladimir Putinlə təxminən bir saat yarım davam edən görüşün əsas məqamlarına toxunub.

Ərdoğan bildirib ki, görüş zamanı ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə başlayan dialoq prosesi müsbət qiymətləndirilib və Türkiyənin sülhün təmin olunması istiqamətində verə biləcəyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyə Prezidenti qeyd edib ki, danışıqlarda əsas diqqət müharibənin dayandırılması və sülh təşəbbüslərinə yönəlib.

Onun sözlərinə görə, Türkiyənin bu mövzuda tutduğu mövqe Rusiya Prezidenti Vladimir Putin tərəfindən də yaxşı bilinir.

"Putinlə keçirdiyimiz bu görüşdən sonra, ümid edirəm ki, ABŞ Prezidenti Donald Trampla da sülh planı ilə bağlı müzakirə aparmaq imkanı yaranacaq. Sülhün uzaqda olmadığını görürük", - deyə Ərdoğan vurğulayıb.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.