İstintaq Komitəsi Moskvadakı Yaroslavski dəmir yolu vağzalında saxlanmış erməni bloger Areq Şepixinə qarşı cinayət işi açıb.
Milli.Az xəbər verir ki, komitənin mətbuat xidmətinin məlumatına görə, linqvistik araşdırmalar zamanı onun ifadələrində milli/etnik əlamətlərə görə müəyyən edilmiş bir qrup şəxsə qarşı zorakılıq hərəkətləri etməyə təhrik əlamətləri, habelə onların alçaldılması aşkarlanıb.
Cinayət işi internet vasitəsilə ekstremizmə açıq çağırışlar (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280-ci maddəsinin 2-ci hissəsi) və nifrətə çağırış (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi) maddələri ilə açılıb.
"Yaxın vaxtlarda onun barəsində həbs qətimkan tədbiri seçiləcək", - İstintaq Komitəsidnən əlavə ediblər.
Şepixin özü bildirib ki, onu şəhərdən çıxarıblar və "qulaqları tapança qundağı ilə sındırılıb", amma "ona ağır işgəncə verməyiblər, daha çox dindiriblər", xüsusən də Ukrayna ilə əlaqəsinin olub-olmadığı soruşulub.
Çeçenistan hakimiyyəti bildirib ki, Şepixin oğurlanmayıb, saxlanılıb. Çeçenistanın milli siyasət naziri Əhməd Dudayev xatırladıb ki, "bloger" öz videolarında çeçenləri və İslamı təhqir edib.
"Həbsi həyata keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları onun həyatını və ya ən azı, sağlamlığını mahiyyət etibarı ilə xilas etdilər. Onun din, Allah, millətlər haqqında qəbuledilməz, təhqiramiz ifadələrini eşidən yüz minlərlə müsəlmanda sözün əsl mənasında hiddət yaranıb. (Modern.az)
Milli.Az