Mədəniyyət

Bakıda “Yer ünsürü”nə həsr olunmuş Azerbaijan Fashion Week-in 18-ci mövsümü başa çatdı - FOTO

5 İyun 2025 17:36
Baxış: 481
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Daş Salnamə Muzeyi"ndə Azerbaijan Fashion Week-in 18-ci mövsümü keçirildi. Tədbir təşkilində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən YARADICI - Mədəni və Yaradıcılıq Sənayelərinin İnkişafı Mərkəzi iştirak etdi.

AFW-in hər mövsümü təbiətin bir ünsürünə həsr olunur və bu yanaşma təkcə vizual deyil, həm də fəlsəfi bir konsepsiyaya çevrilir. Mövsüm mədəniyyət, moda və kimlik anlayışlarının vəhdətini ifadə edir. 2025-ci il mövsümünün mövzusu Yer ünsürü seçildi - dayanıqlılığın, dərinliyin və mirasın simvolu. Mövsümün sloqanı - "The Spirit of Stone" (Daşın Ruhu) - dizaynda təbii forma, struktur, material və daxili gücə diqqəti ön plana çəkir.

Azerbaijan Fashion Week çərçivəsində yalnız podium nümayişləri deyil, həm də təhsil təşəbbüsləri, yaradıcılıq görüşləri və brendlərin kolleksiyalarını təqdim etdiyi showroom proqramı həyata keçirildi. Hyatt Regency Baku otelində keçirilən showroom-da yerli və beynəlxalq brendlərin işləri təqdim olundu. Showroom iştirakçıları arasında Octavio Pizarro (Fransa), Naiyl Baikuchukov (Qazaxıstan), Ianis Chamalidy, Leffers, Lilia Fisher, Yulia Kiseleva və EDGE (Rusiya) yer aldı.

24 may tarixində AFW podiumunda Naiyl Baikuchukov, Reve, Malique, Tsyhkovskyi və Aksona kimi dizaynerlər çıxış etdi. Həmçinin Menzer Zakizade Fashion School proqramının iştirakçılarının işləri nümayiş olundu. Bu kolleksiyalar həm dizaynerlərin fərdi estetik baxışını, həm də mövsümün ümumi əhval-ruhiyyəsini əks etdirdi. AFW-nın ilk gününü isə etnik yanaşması, ənənəvi formalar və sənətkarlıq texnikalarına olan diqqəti ilə tanınan Natavan brendinin kolleksiyası bağladı. Onun işləri milli irsi müasir estetikayla birləşdirərək kimlik və mənsubiyyətin dərinliyini vurğulayır - bu mövsümün mahiyyətini ən yaxşı ifadə edən təqdimatlardan biri oldu. Kolleksiya Cahangir Cahangirov adına xorun bənzərsiz müşayiəti ilə təqdim edildi.

25 may tarixində isə tanınmış beynəlxalq dizaynerlərin solo nümayişləri keçirildi. Podiumda Zemfira Jaffar Couture, Letters brendi, həmçinin mövsümün xüsusi qonaqları olan Octavio Pizarro (Paris) və Yanis Chamalidi (Sankt-Peterburq) öz kolleksiyalarını təqdim edəcəklər. Onların dizayna yanaşması - kütür texnikası, dərin mədəni kontekst və forma üzərində müasir düşüncənin harmoniyasıdır. 

Bu mövsümdə xüsusi diqqət təhsil proqramlarına yönəldi. YARADICI mərkəzinin dəstəyi ilə UNEC Dizayn Məktəbi, Mədəniyyət və İncəsənət Universiteti və gənc dizaynerlər üçün bir sıra mühazirə və ustad dərsləri təşkil olundu. Tədbirdə yerli və beynəlxalq mütəxəssislər - fotoqraflar, moda prodüserləri, stilistlər və sənaye ekspertləri, o cümlədən Adil Yusifov, Natavan Əliyeva, Nadejda Kojevnikova və Andrey Artonov öz təcrübələrini bölüşüblər. 

AFW-2025-in baş informasiya tərəfdaşı və nümayişlərin təşkilatçısı HELLO! jurnalına məxsusdur. Xüsusi dəvət olunmuş qonaq - top-model Vialina Lemann.
2015-ci ildən etibarən Azerbaijan Fashion Week Avropa, MDB və Asiyadan olan dizaynerləri, media nümayəndələrini və ekspertləri bir araya gətirən beynəlxalq mədəniyyət platforması statusunu qoruyur. Hər mövsüm yalnız estetik meyilləri əks etdirmir, eyni zamanda moda, mədəniyyət və kimlik arasında dialoq üçün real meydançaya çevrilir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.