"Erməni kilsəsinə müharibə elanı: Paşinyan rəqiblərini önəmsəmir" - Politoloq
"Ermənistanın baş naziri Nikol Paşinyanın kilsəyə qarşı sərt ritorikasının səbəblərindən biri də Rusiya ilə bağlıdır. Paşinyan Rusiyadakı dairələrin erməni kilsəsi ilə əlaqələri genişləndirməsindən və bu ittifaqın gələn il parlament seçkisində ona qarşı istifadə edilə biləcəyindən narahatdır. Buna görə də Paşinyan bu ittifaqı gözdən salmaq kampaniyasına başlayıb".
Milli.Az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Paşinyan İkinci Qarabağ müharibəsindən sonra müxtəlif əngəlləri aşıb. Birinci dəfə ona qarşı silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyan qiyam qaldırmaq istədi.
Qasparyan Paşinyana müraciət edərək, onun istefa verməsini tələb etdi. Qasparyanın arxasında da Rusiyadakı qüvvələr dayanırdı. Paşinyan Qasparyanı dərhal istefaya göndərməklə onu neytrallaşdırdı. Bundan sonra erməni kilsəsi Paşinyana qarşı Baqrat Qalstyan isimi keşişi irəli sürdü. O İrəvana yürüşə başladı, çadırlar qurdu, etiraz mitinqləri təşkil etməyə çalışdı. Ancaq keşiş erməni cəmiyyətindən dəstək almadığına görə o da Paşinyana məğlub oldu. Bu dəfə Paşinyan gələcək rəqibinin kim olacağını gözləmədən radikal müxalifətə və kilsəyə qarşı mübarizəni gücləndirib. Baş nazirin məqsədi aydındır. Parlament seçkiləri yaxınlaşdıqca Paşinyan erməni cəmiyyətinə seçim etməyi məsləhət görür:
"Ya mənimlə yola davam edəcəksiniz və bu Azərbaycanla sülhü gətirəcək, ya da müharibə istəyən radikal müxalifəti və kilsəni dəstəkləyəcəksiniz, bu halda həm müharibə, həm də ərazi itkisi ilə üzləşəcəksiniz".
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyə MN Azərbaycanı təbrik etdi
-
Hikmət Hacıyev Aİ nümayəndələri ilə Azərbaycanla əməkdaşlığı müzakirə edib
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Milli Dirçəliş Günü münasibətilə paylaşım edilib - (Foto)
-
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər
-
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - (Foto)
-
Azərbaycan və Birləşmiş Krallıq strateji tərəfdaşlıq üzrə əməkdaşlığın praktiki nəticələrini müzakirə edib
XƏBƏR LENTİ
-
Almaniya XİN rəhbəri Azərbaycana səfərə gəlir
-
Qızıl və gümüş bahalaşdı
-
YPX Alayının əməkdaşları səhhəti pisləşən əcnəbi sürücünün köməyinə çatdı
-
Qəbələdə avtoxuliqanlıq edən sürücü həbs edildi
-
Azərbaycanda aylıq 419 manatdan başlayan qiymətlərlə mənzillər satışa çıxarılır
-
Rus bölməsində təhsil pullu olacaq?
-
Ayın 18-də bu ərazilərə qar yağacaq - Proqnoz verildi
-
Həcc ziyarətinin qiyməti artacaq
-
Azərbaycanda ev qiymətinə samovar satışa çıxarıldı
-
Türkiyə MN Azərbaycanı təbrik etdi
-
“Məcburən işdən çıxarıldım” – 16 ildir işsiz qalan Sonaxanım hönkür-hönkür ağladı (Video)
-
İrandan Azərbaycana külli miqdarda narkotik gətirilməsinin qarşısı alındı
-
Epşteynin boynundakı izlər nəyi göstərir? - Ekspertdən sensasion açıqlama
-
Nigar Camal özünə 420 min manata lüks avtomobil aldı – (Video)
-
Deputatın düşdüyü qəza ilə bağlı cinayət işi başlanıldı
-
Dərsliklərlə bağlı müzakirələrə nazirlikdən açıqlama
-
DTX Dirçəliş Günü münasibətilə paylaşım edib - (Foto)
-
Bakıdakı məşhur avtosalon bağlandı - Yerində market açılacaq
-
Bu şəxslərə 1000 manatadək pul veriləcək - Qərar
-
Pensiya alanlara şad xəbər - Bu gün...
-
Aldatmayan təkcə Mark Zuckerberg qaldı
-
Evdəki bu əşyalar uşaqlar üçün ölümcül təhlükəyə çevrilə bilər - Nazirlikdən xəbərdarlıq
-
Gürcüstandan maşın gətirənlərə pis xəbər - Yeni rüsum tətbiq edildi
-
Bakıda səkkiz aylıq hamilə qadın öldü





