Türkiyənin məşhur "Hercai" serialında Keriman obrazını canlandıran aktrisa Eylem Tanrıver estetik əməliyyatdan sonra qismən iflic olub.
Milli.Az xəbər verir ki,Tanrıver estetik əməliyyatdan sonra saatlarla düzgün olmayan vəziyyətdə saxlanılıb və bu, sinir zədələnməsinə səbəb olub. Əməliyyata gəzərək girən aktrisa müdaxilədən sonra qismən iflic keçirib. O, bu səbəbdən uzun müddət ekranlardan uzaq qalıb və məsələ ilə bağlı hüquqi prosesə başlayıb.
Tanrıver açıqlamasında bildirib: "6 saatdan artıq müddət ərzində olmamalı və durulmamalı bir əməliyyat pozisiyasında qalmaq məcburiyyətində qaldım. Mənə təcili yardım maşını belə təmin edilmədi və yaralı əllərimlə öz gücümlə evə getmək məcburiyyətində qaldım. Bu səbəbdən peşəmə davam edə bilmədim. Xəstəxana rəhbərliyi də dəstək vermədi. Uşağımın ehtiyacları belə qarşılanmadı. Həyatımdan oğurlandı."
İsmayıl
Milli.Az