Karton və plastik stəkanlar xərçəng yaradır - XƏBƏRDARLIQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir çox insanın gündəlik içki və şorbalarını içmək üçün sağlam saydığı karton qablar əslində ciddi xəstəliklərə yol açırmış.
Milli.Az xəbər verir ki, kardioloq Doç. Dr. V. Özlem Bozkaya bildirib ki, karton qab və ya stəkanların iç hissəsi adətən su keçirməsin deyə plastik maddələrlə, xüsusən polietilen və ya polipropilenlə örtülür. Bu isə o deməkdir ki, siz çay və ya qəhvənizi plastiklə təmasda olan bir qabdan içirsiniz və bunu fərq etmirsiniz. Qaynar içkilərlə təmas zamanı bu plastik örtüklərdən mikroplastiklər və kimyəvi maddələr qoparaq içkiyə keçir. Elmi tədqiqatlar göstərib ki, 85-90°C isti su ilə dolu bir karton bardakdan dəqiqədə 25 minə yaxın mikroplastik qopa bilər. Bu mikroplastiklər qadınlarda hormon pozğunluğuna, sonsuzluğa, hətta körpələrin ana südü və göbək ciyəsi vasitəsilə təsirlənməsinə səbəb ola bilər. Kimyəvi maddələr dərhal təsir göstərmədiyindən təhlükə gizli və yavaş irəliləyir, lakin illər keçdikcə bədəndə yığılıb depressiya, yorğunluq, immun sisteminin zəifləməsi, demans, Alzheimer, xərçəng və hormonal pozğunluqlar yarada bilər. Ucuz və keyfiyyətsiz kartonların tərkibində hətta qurğuşun, xrom və kadmium kimi ağır metallar da ola bilər və bu maddələr də isti içkilərlə təmas zamanı içkiyə keçərək orqanizmə zərər verir.
Mütəxəssis bildirir ki, bu qədər toksin yükü olan bir dövrdə gündəlik sadə seçimlərlə vəziyyəti daha da pisləşdirmək ağıllı seçim deyil. Ən təhlükəlisi isə, içdiyimiz an heç bir əlamət vermədiyi üçün bu təhlükəni hiss etməməyimizdir. Uzunmüddətli sağlamlıq üçün şüşə və ya paslanmayan metal termoslar istifadə edilməli, heç bir halda isti içkilər karton və ya plastik stəkanlara tökülməməlidir.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
-
Soyuducunu bu vasitə ilə təmizləməyin
-
Qız övladı atanın ömrünü uzadır
-
Balığın sümüyü boğazınızda qalsa, bu səhvi etməyin
-
Gavalı və digər meyvələrlə bişirilən toyuq budu resepti
-
Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - (Video)
-
Yasamal və Xəzər rayonlarında işıq olmayaacq
-
Elçin Sanqu 4 ildən sonra qayıdır
-
Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
-
Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərcləyəcək
-
Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
-
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
-
Nikolas Maduro və xanımı məhkəmədə özlərini təqsirli bilməyiblər
-
Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
-
XİN: Azərbaycanın AQEM-ə sədrliyi 2028-ci ilədək uzadılıb
-
Günün qoroskopu: Hazırcavablığınız və cazibəniz potensial tərəfdaşı cəlb edə bilər
-
Alişanın evini də su basdı - (Foto)
-
Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
-
Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Elza başına quş yumurtası qoydu - (Foto)
-
"Milan"dan asan qələbə
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
KuPS - "Trabzonspor" matçında altı qol vuruldu
-
Bakı–Şamaxı yolunda avtomobil aşıb, üç nəfər xəsarət alıb





