Sabirabadda bir ailənin 4 üzvünün yanaraq öldüyü dəhşətli hadisənin təfərrüatı - yenilənib - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
00:24
Sabirabadda fərdi evdə baş verən yanğın faciə ilə nəticələnib.
Xezerxeber.az xəbər verir ki, gecə saatlarında başlayan yanğın 2 mərtəbəli evi bürüyüb. Bir ailənin 4 üzvü yanaraq ölüb.
Dəhşətli hadisə Sabirabadın Muğan Gəncəli kəndində qeydə alınıb. Kənd sakini 69 yaşlı Bahar İmanovaya məxsus fərdi yaşayış evi anidən alovlanmağa başlayıb. Hadisədən xəbər tutan ev sahibi və onlara qonaq gələn oğlu Ruslan İmanov evdən çıxa bilsələr də, digər otaqda olan ailə üzvləri dəhşətli yanğının qurbanına çevriliblər.
Yaxınlarının bildirdiklərinə görə, ailədən geriyə bir uşaq qalıb. Belə ki, sağ qalan uşaq qonşu kənddə yaşayan nənəsigildə imiş.
Onların sözlərinə görə, yanğından xilas olan ev sahibi və oğlu isə evin arxa pəncərəsindən çıxa biliblər.
Videomaterialı təqdim edirik.
---------
09:52
Sabirabad rayonu Muğangəncəli kəndində fərdi yaşayış evində baş vermiş yanğında bir ailənin dörd üzvü ölüb.
Trend xəbər verir ki, yanğın nəticəsində 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, həyat yoldaşı 2002-ci il təvəllüdlü İmanova Şəfalı Rövşən qızı, övladları - 2020-ci il təvəllüdlü İmansoy Osmanbəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızı vəfat edib.
Ev sahibi, 1956-cı il təvəllüdlü İmanova Bahar Niyaz qızı, onun oğlu, 1983-cu il təvəllüdlü İmanov Ruslan Ağasəf oğlu yanğından xilas olublar.
Ümumi sahəsi 240 kvadratmetr olan 6 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi yanar konstruksiyaları ilə birlikdə tam yanıb.
Yanğın digər sahələrə və tikililərə keçməyib, yanğındöndürənlər tərəfindən söndürülüb.
Yanğının gecə saatlarında evdə elektrik naqillərində olan qısaqapanmadan baş verdiyi bildirilir.
Hazırda faktla bağlı Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
08:51
Sabirabad rayonunun Muğan Gəncəli kənd sakini, 1956-cı il təvəllüdlü İmanova Bahar Niyaz qızına məxsus, ümumi sahəsi 240 kv. metr olan fərdi yaşayış evi yanıb.
Bu gecə fərdi yaşayış evində baş verən yanğın zamanı həlak olan şəxslərin kimliyi məlum olub.
Milli.Az-ın əldə etdiyi məlumata görə, onlar bir ailənin üzvləridir - 1989-cu il təvəllüdlü Tural Ağasəf oğlu İmanov, 2002-ci il təvəllüdlü Səfalı Rövşən qızı İmanova, 2020-ci il təvəllüdlü Osmanbəy Tural oğlu İmanov və 2024-cü il təvəllüdlü Esma Tural qızı İmanovadır.
Yanğın hadisəsi gecə saatlarında baş verib. T.İmanov fərdi təsərrüfatla məşğul olub.
Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Pasiyenti döydüyü iddia edilən sanitar danışdı - (Video)
-
Xırdalanda 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq ölüb
-
Bərdə xəstəxanasında sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi
-
Məktəbin yanında söyüş söyən 7 nəfər həbs edildi
-
Zaqatalada rus sürücü TIR-la qadının üstündən keçdi
XƏBƏR LENTİ
-
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
-
Payız-qış mövsümündə dəbdə olacaq gödəkçələr
-
Psixoloq təkrarlanan pis yuxulardan qurtulmağın yollarını açıqladı
-
Kökəlmək istəyənlər oxusun
-
Üzünüzə gülən hər kəs dost deyil: Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
-
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
-
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı
-
Tramp: Benzinin qiyməti daha da ucuzlaşacaq
-
Günün qoroskopu: Qarşıda sizi maraqlı bir yenilik gözləyir
-
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
-
Bəzi işbazlar avtomobildəki problemi gizlətmək üçün bu yola əl atırlar - (Video)
-
Makron Fransadakı iğtişaşların iştirakçıları ilə bağlı vəd verdi
-
"Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
-
Can Bonomoya ağır itki - (Foto)
-
Fransada kütləvi etirazlar zamanı 272 nəfər saxlanıldı - (Video)
-
Lamin Yamaldan möhtəşəm qol - (Video)
-
Dələduzların yeni taktikası: külli miqdarda pul verirlər, sonra... - (Video)
-
“Neftçi” rəqibinə öz oyununu göstərməyə imkan vermir” - Qurban Qurbanov
-
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Timati nişanlısına 40 milyonluq avtomobil bağışladı - (Video)
-
“Futbolçular psixoloji təzyiq altında qalmamalıdır” - Vernidub
-
IV CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasiminin tarixi bəlli oldu





