Mədəniyyət

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş olduqca maraqlı konsert baş tutdu - FOTO

3 İyun 2025 17:11
Baxış: 450
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

1 iyun tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Uşaqların  Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş olduqca maraqlı konsert baş tutdu.

Əməkdar artist Fuad İbrahimovun rəhabərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Akademik Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Cəmalə Abdinzadə (piano), Nərgiz Kəngərli (piano) və qiraətçi Hüseynağa Aslanov dinləyicilər qarşısında çıxış etdi.

Proqramda B.Britten "Orkestr haqqında gənclər üçün bələdçi" op.34, C.Saent-Saёns "Heyvanların karnavalı" səsləndi.

İlk əsərdə hər bölmədən əvvəl dirijor orkestr qrupları barədə ətraflı məlumat verirdi. C.Saent-Saëns`ın iki piano və orkestr üçün yazdığı " Heyvanların karnavalı" əsəri isə bütün dinləyicilər, əsasən də uşaqlar üçün maraqlı oldu. Bu əsərdə qiraətçinin əsərin hər epizodundan əvvəl kiçik çıxışı uşaqların marağını cəlb etdi. Belə maarifləndirici konsertlərin keçirilməsi həm gələcək nəslin inkişafında, həm də dünyagörüşünün formalaşmasında böyük rol oynayır.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.