Maraqlı

Səs-küy salan qonşuları hansı cəza gözləyir? - VİDEO

4 İyun 2025 07:07
Baxış: 1 667
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Axşam saatlarında şəhərin yorğun ritmi yavaşlayır, insanlar dincəlmək, günün yorğunluğunu çıxarmaq istəyirlər... Amma bəzən bu sakitliyi pozan gözlənilməz səslər olur: işləyən tozsoran, qaçan uşaq və ya döşəməni titrədən ayaq səsləri... Məhz bu cür hallar qonşular arasında narazılıqlara səbəb olur. Xüsusilə də gecə saatlarında səs-küyə məruz qalanlar üçün bu, ciddi bir problemə çevrilir...

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, xəbərinə görə, vəkil Emil Aslanov deyir ki, əgər problem qarşılıqlı ünsiyyət zamanı həll olunmur və davamlı hal alırsa, bu zaman şikayət əsasında məsələ qanunvericiliklə tənzimlənir.

Həmçinin yaşayış olan ərazilərə avtomobillə daxil olarkən yüksək desibeldə musiqiyə qulaq asmaq da olmaz.

Mütəxəssislər bildirirlər ki, qonşudan gələn uşaq səsi sözügedən hallara istisna sayıla bilər. Amma bu da valideynlərin məsuliyyətindən kənarda deyil. Çünki, qonşulara qarşı hörmət prinsipi, hər bir fərdin hüququ qədər vacibdir.

Videomaterialı təqdim edirik.


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.