İdman

RƏSMİ: Futbolda yeni qayda qəbul olundu

3 İyun 2025 20:49
Baxış: 1 440
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oyun qaydaları və onların nizamlanması üzrə fəaliyyət göstərən Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) rəsmən yeni qayda qəbul edib.

Milli.Az xəbər verir ki, yenilik penalti yerinə yetirilərkən topa 2 toxunuşla bağlıdır.

Yeni qaydaya görə, əgər 11 metrlik cərimə zərbələri zamanı futbolçu topa bilməyərəkdən 2 dəfə toxunarsa və top qapıdan keçərsə, o zaman penalti yenidən yerinə yetirilməlidir. 

Əgər təsadüfən 2 toxunuş zamanı top qapıdan keçməyibsə, müdafiə olunan komandanın lehinə sərbəst zərbə təyin olunacaq.

Bu qayda oyunsonrası penaltilər seriyasına da şamil ediləcək.

Yeni qayda 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, 2024/2025 mövsümündə oxşar vəziyyətə görə ən mübahisəli məqam "Atletiko" və "Real Madrid" arasında UEFA Çempionlar Liqasının 1/8 finalında baş verib. Həmin matçda penaltilər seriyası zamanı "Atletiko"nun üzvü Xulian Alvaresin ayağı təsadüfən 2 dəfə topa toxunduğunu görə hakimlər onun zərbəsini qol saymayıblar.

Bu səbəbdən "Atletiko" Çempionlar Liqasında mübarizəni dayandırıb. Əgər yeni qaydalar həmin vaxt tətbiq olunsaydı, Alvares zərbəni təkrarlamalı idi. (Offsideplus.az)


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.