Türkiyə

Türkiyədə virusa görə 11 kənd karantinə alındı

8 Dekabr 2025 10:10
Baxış: 472
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə sürətlə yayılan dabaq xəstəliyi Muğlanın Milas rayonunda ciddi tədbirlərin görülməsinə səbəb olub. Rayon ərazisindəki mal-qara fermasında xəstəliyin aşkar edilməsindən sonra ümumilikdə 11 məhəllə karantinə alınıb. 

Milli.Az xəbər verir ki, karantin qaydalarına əsasən, 30 gün ərzində mal-qara və xırdabuynuzlu heyvanların bu məhəllələrə daxil olub-çıxmasına icazə verilməyəcək.

Karantin tətbiq olunan məhəllələr:
Ağaclıhöyük, Akyol, Koru, Gökçeler, Ekinnanbarı, Yaka, Güllük, Kıyıkışlacık, Boğaziçi, Dörttepe və Meşelik.

Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı İl Müdirliyinin məlumatına görə, xəstəliyin yayılmasının qarşısını almaq üçün bölgədə genişmiqyaslı tədbirlər görülür. 12.763 heyvan ayaq-ağız xəstəliyinə qarşı peyvəndlənib, həmçinin fermanlarda dezinfeksiya və digər profilaktik işlər aparılıb.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.