Türkiyə Super Liqasında daha bir baş məşqçi dəyişiklik baş verib.
Volkan Demirel "Gənclərbirliyi" ilə yollarını ayırıb.
Milli.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.
Məlumata görə, tərəflər qarşılıqlı anlaşma əsasında 44 yaşlı mütəxəssislə olan müqaviləyə xitam veriblər.
Qeyd edək ki, Volkan Demirel komandanın sükanına bu ilin oktyabr ayında gətirilmişdi.
Kənan
Milli.Az





