İdman

Qvardiola onu komandaya dəvət etdi: “Dərhal komandaya qayıtmalıdır”

7 Dekabr 2025 18:00
Baxış: 1 076
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin baş məşqçisi Xose Qvardiola ispaniyalı yarımmüdafiəçi Rodrinin komanda üçün əhəmiyyətini vurğulayıb.

Milli.Az-ın xəbərinə görə, Qvardiola Rodrinin dərhal qayıtmasını istədiyini açıqlayıb:

"O, iki il əvvəl dünyanın ən yaxşı oyunçularından biri və əsas futbolçumuz idi. Onunla birlikdə üç titul qazandıq və o, 70 oyunda iştirak etdi. İstəyirik ki, dərhal qayıtsın. O da qayıtmaq istəyir və mən onu qorumaq istəyirəm. Riskləri minimuma endirməliyik. Bir komanda ən yaxşı oyunçusuz bir il yarım necə dözə bilər? Hamı çətinlik çəkərdi. Rodri meydanda olduqda tam fərqli səviyyədə futbolçudur".

Baş məşqçi həmçinin əlavə edib ki, Rodri qayıdanda əvvəlcə hazırlıq dövründən keçməlidir, çünki çarpaz bağ zədəsi kimi ciddi travmalardan sonra bədən əvvəlki kimi olmur. Qvardiola istəyir ki, ispaniyalı futbolçu tam sağlam formada komandaya dönsün.

Qeyd edək ki, Rodri İngiltərə Premyer Liqasının 7-ci turunda "Brentford"la oyunda dizində çarpaz bağ qopması zədəsi almış və uzun müddət bərpa olunmuşdu.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.