Şou-biznes

"Həmin adamı gətizdirib evində Mətanətdən..." - VİDEO

3 İyun 2025 20:27
Baxış: 2 039
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mətanət hegemon idi, sözünü deyirdi. İndiyənə kimi mən var idim, görək bundan sonra necə edəcək".

Milli.Az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev "Tarixin bir günü" verilşində deyib. Sənətçi həmkarı Mətanət Əsədova ilə küsülü olduğunu söyləyib:

"Onun haqqında çox danışmayacağam. Zamanı gələndə hər şey bilinəcək. Ona sual verirsən ki, 3 müğənni, qayıdır başqa müğənni yoxdur? Məndən ötrü ağlaya-ağlaya efirə gələn adam, nə etdi. Mən də onun üçün ölümə, söz-söhbətə getmişəm. Bir efirdə söhbət olmuşdu, onlar hara kimi getdi. Həmin adamı gətizdirib evində Mətanətdən üzr istətdirdim. Amma dəyməzmiş".  

Manaf Tarix Əliyevin "Ad günündə Mətanətə söz verməməyin aranızdakı küsülülüyə səbəb olub" sözlərinə belə cavab verib:

"Düzdür. Hamıya sözü özüm verirdim. Nazpəri, Niyaməddin Musayev... Dedim ki, dostumsan, oxuma, otur. Adamdan xahiş edərlər ki, dur oxu. Nədir, oxumaq üçün ölürsünüz". (Axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.