İdman

"Fənərbağça" mərakeşli futbolçu ilə yolları ayırır

3 İyun 2025 23:42
Baxış: 928
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ulduz forvard Yusuf En-Nesiri "Fənərbağça"dan ayrılacaq.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Mərakeşli hücumçu komandadakı mövqeyindən narazıdır.

28 yaşlı hücumçu ilə İngiltərə və Səudiyyə Ərəbistanının klubları maraqlanır.

En-Nesiri bu mövsüm "sarı-lacivərd" forma ilə Super Liqada 34 oyunda 20 qol vurub.

Qeyd edək ki, "Fənərbağça" daha əvvəl Edin Ceko və Duşan Tadiçlə də yollarını ayırıb.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.