Şou-biznes

Xalq artistinin keçmiş xanımı ilə Zelenskinin həyat yoldaşı arasında QALMAQAL

29 Sentyabr 2025 14:06
Baxış: 1 145
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yelena Zelenskaya Anna Netrebkonun çıxışının ləğvini tələb edib.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı "The Telegraph" yayıb.

Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya rus opera müğənnisi Anna Netrebkonun London Kral Opera Evindəki çıxışının dayandırılmasını istəyib.

Yelena Zelenskaya Kral Opera Evini Netrebkonun çıxışlarına dəstək verdiyi üçün tənqid edib.

Ukraynanın birinci xanımı bildirib ki, bu qərar ona "mənfi təəssürat" yaradıb və üç illik müharibə müddətində rus sənətçilərinə tətbiq edilən qeyri-rəsmi mədəni boykotun faktiki olaraq sona çatması kimi qiymətləndirilə bilər.

Qeyd olunur ki, Anna Netrebko 2015-ci ildən Rusiyada yaşamır və orada çıxış etmir.

Buna baxmayaraq, London Kral Opera Evi sənətçini müdafiə edərək bildirib ki, Netrebko proqramdan çıxarılmayacaq.

Bildirək ki, Anna Netrebko Azərbaycanın Xalq artisti Yusif Eyvazovla ailəli olub. Onlar ötən ilin iyun ayında evliliklərini bitiriblər.

Hüseyn
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.