İdman

"Kopenhagen"dən "Qarabağ"la oyun öncəsi "göz dağı" - FOTO

29 Sentyabr 2025 10:33
Baxış: 647
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Danimarkanın "Kopenhagen" klubu UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda "Qarabağ"la qarşılaşmağa hazırlaşır.

Milli.Az-ın məlumatına görə, klub bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşım edib. Superliqa təmsilçisi ötən həftə çempionat və kubok oyunlarında qazandığı ardıcıl qələbələri xüsusi olaraq qeyd edib:

"2 matç, 2 qələbə - güclü bir həftə arxada qaldı. İndi Çempionlar Liqasında bizi səfərdə 'Qarabağ'la oyun gözləyir. Daha sonra isə 32 min azarkeşin toplaşacağı Parkendə növbəti matçımız olacaq".

Xatırladaq ki, "Kopenhagen" qrup mərhələsində ilk görüşündə "Bayer"lə 2:2 hesablı bərabərlik əldə edib. "Qarabağ" isə səfərdə "Benfika" üzərində 3:2 hesablı qələbə qazanıb.

"Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Hüseyn
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.