HUAWEI Pura 80 və HUAWEI Pura 80 pro modeiləri özlərinin müasir dizaynı, güclü texniki xüsusiyyətləri və peşəkar səviyyəli kamera sistemi ilə diqqət çəkir. Bu smartfonlar, fotoçəkiliş həvəskarlarından tutmuş gündəlik intensiv istifadə edənlərə qədər geniş istifadəçi kütləsinə xitab edir. Aşağıdakı baxışlarda HUAWEI Pura 80 seriyalarının əsas xüsusiyyətləri və performansı göstəricilərini ətraflı şəkildə təhlil edilir.
PERFORMANS VƏ UZUNÖMÜRLÜ BATAREYA
HUAWEI Pura 80 və HUAWEI Pura 80 pro smartfonları, müasir və səmərəli bir Kirin 9010S və Kirin 9020 prosessorları təchiz edilib. Bu prosessorlar, həm münntəzəm tapşırıqların rahat yerinə yetirilməsini, həm də tələbkar tətbiqlərlə oyunların rəvan işləməsini təmin edir. Cihazıların əlavə olaraq həcmli operativ yaddaşı (12 GB) var, bu da birdən çox tətbiqin eyni vaxtda açıq olması zamanı belə sistem sürətini qoruyub saxlayır. Uzunömürlü batareyaları (hər iki model üçün 5170 mAh) istifadəçiyə bütün gün ərzində kəsintisiz iş imkanı verir. 66W və 100W Sürətli şarj texnologiyası isə batareyanı qısa müddət ərzində enerji ilə təmin edir, bu da vaxtı məhdud olan istifadəçilər üçün əhəmiyyətli bir üstünlükdür.
PEŞƏKAR SƏVİYYƏLİ KAMERA SİSTEMİ
HUAWEI Pura 80 seriyalarının ən güclü tərəflərindən biri də kamera sistemidir. Cihazlar çoxkanallı kamera quruluşu ilə təchiz edilib. 50 MP əsas kamera detalları yüksək dəqiqliklə qeydə alır. Genişbucaq lensi daha çox məzmunu kadrа daxil etməyə imkan verir, bu da mənzərə və ya qrup şəkilləri çəkərkən faydalıdır. Makro lens isə kiçik obyektlərə yaxınlaşaraq onların detallı şəkillərini çəkməyə kömək edir. Fotoqrafiyada süni intellelektdən (AI) istifadə olunur. AI avtomatik olaraq səhnəni tanıyır və çəkiliş parametrlərini optimallaşdıraraq ən yaxşı nəticənin əldə edilməsini təmin edir. Gecə çəkimi rejimi az işıqlı şəraitdə belə parlaq şəkillər çəkməyə imkan verir. 13MP ön kamera isə yüksək keyfiyyətli selfi və video zənglər üçün nəzərdə tutulub.
AZƏRBAYCANDA APPGALLERY: RAHATLIQ VƏ SEÇIM AZADLIĞI
2025-ci ildə HUAWEI AppGallery həm qlobal, həm də lokal tətbiqlərlə zənginləşib. İstifadəçilər Gmail, YouTube, Google Maps, WhatsApp və Facebook-u problemsiz yükləyə bilirlər. Azərbaycanın gündəlik tələbləri üçün isə xüsusi tətbiqlər mövcuddur: bank xidmətləri, taksi sifarişi, alış-veriş və əyləncə platformaları. Sosial şəbəkələr və populyar oyunlar da asanlıqla əldə olunur. Təhlükəsizlik çoxqatlı sistemlə təmin edilir, Quick Apps isə quraşdırma olmadan ani istifadəyə imkan verir. AppGallery artıq mobil istifadəçilər üçün seçim azadlığı təqdim edən, prioritet tətbiqlər platformasına çevrilmişdir.
Bundan əlavə, AppGallery istifadəçilərə mütəmadi yenilənən kampaniyalar, bonus proqramları və eksklüziv təkliflər təqdim edir. Platformanın Azərbaycan dilində tam dəstəyi və sadə interfeysi, həmçinin lokal bazara uyğun tətbiqlərin mövcudluğu istifadəçilərin təcrübəsini daha da rahat və əlçatan edir. Beləliklə, AppGallery yalnız tətbiq mağazası deyil, rəqəmsal həyatın əsas mərkəzlərindən birinə çevrilib.
Milli.Az