Ölkə

Azərbaycanda fantastik qiymətə yaxtalar satışa çıxarıldı - MƏBLƏĞLƏR - FOTO

29 Sentyabr 2025 12:33
Baxış: 701
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanda fantastik qiymətə yaxtalar satışa çıxarılıb.

Milli.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı elan saytlarının birində məlumat yerləşdirilib.

Məlumata görə, ən ucuz yaxtanın qiyməti 600 min manatdan başlayır. Ən bahalı yaxta isə 6,2 milyon manata təklif olunur.

Ən bahalı yaxta "Chiristensen Shipyard Ltd." şirkəti tərəfindən 2001-ci ildə istehsal edilən "Daydream" adlı yaxtadır. Bu yaxta 6 250 000 manata təklif olunur. Bundan əlavə, 1,1 milyon manata "Astondoa 95", 1,25 milyon manata "Astondoa 80", 3,5 milyon manata "AB YACHT 92" və s. yaxtalar satışa çıxarılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.