“Forbes” Tramp ailəsinin sərvətində böyük artımı AÇIQLADI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Forbes" jurnalı Tramp ailəsinin sərvətində son bir ildə baş verən ciddi artımı hesablayıb.
Milli.Az xəbər verir ki, nəşrin məlumatına görə, Donald Tramp və övladlarının ümumi sərvəti hazırda 10 milyard dollar təşkil edir. Bu rəqəm onun 2024-cü ildə prezident postuna qayıtdığı dövrdəkindən iki dəfə çoxdur.
Məlumata əsasən, ən böyük qazanc Donald Tramp və həyat yoldaşı Melaniyanın payına düşüb. Onların sərvəti 3 milyard dollar artaraq 7,3 milyard dollara çatıb. Tramp xüsusilə kriptovalyuta layihələri - World Liberty Financial blokçeyn platforması və Trump meme coin vasitəsilə təxminən 2 milyard dollar qazanıb. Bundan başqa, 400 milyon dollar soyadından istifadə üçün verilən beynəlxalq lisenziyalarla, qalan məbləğ isə Melaniyanın xatirə kitabı, ictimai çıxışları və şəxsi kriptotokenindən əldə olunub.
Bu yüksəliş nəticəsində Tramp ailəsi "Forbes"in dünyanın ən zəngin insanları siyahısında 118 pillə irəliləyərək 201-ci yerə yüksəlib.
Ailənin digər üzvlərinin sərvəti də artıb.
İvanka Tramp və əri daşınmaz əmlakın dəyərinin bahalaşması və biznesin genişlənməsi hesabına sərvətlərini 100 milyon dollar artırıblar.
Erik Tramp sərvətinə 40 milyon dollar əlavə edib və ümumi varidatı 750 milyon dollara çatıb. Onun qazancı əsasən kriptovalyuta sahəsindəki fəaliyyətindən qaynaqlanır.
Böyük oğlu Donald Tramp Jr. isə "GrabAGun" onlayn silah mağazası və "Truth Social" sosial şəbəkəsindəki payı sayəsində sərvətinə 50 milyon dollar əlavə edib.
Ən kiçik oğlu, 19 yaşlı Barron Tramp, World Liberty Financial layihəsində iştirak etməklə kriptotoken satışından 80 milyon dollar qazanıb. Gələcəkdə əlavə tokenlərin satışı ona daha 525 milyon dollar qazandırmaq potensialına malikdir.
Hüseyn
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hitlerin Alp dağlarındakı keçmiş sığınacağında yanğın
-
Hesabat yerinə baş örtüyü: “Əsrin fırıldağı”nın qızğın çağında Ərdoğanın ətrafı Bakıda
-
Ölüm xəbəri yayılan Kim Çen İn səfərdədir
-
Pezeşkian Rusiyaya gedəcək
-
Hörmüz boğazında iki neft tankeri minaya düşdü: Gəmilər partladı
-
Türkiyədə bələdiyyə sədri və oğlu saxlanıldı
XƏBƏR LENTİ
-
Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir
-
Gəncədə 49 yaşlı kişi bıçaqlandı
-
Dilarə Əliyevaya yeni vəzifə verildi
-
Sumqayıtda maşın piyadaları vurdu, sonra yandı
-
Milli Dram Teatrında Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin anım günü keçirilib - (Foto)
-
Zığda yaşayış binasındakı yanğın söndürüldü - (Yenilənib)
-
Xocalının 3 kəndinə 7,3 milyon manat xərclənəcək
-
Hava ilə bağlı xəbərdarlıq edildi
-
Onların maaşına 50 faizədək əlavə veriləcək
-
Kafedəki davada saxlanılan deputat oğlunun fotosu
-
“QƏLƏBƏ NƏĞMƏSİ” - Gəncədə
-
Payızda bu qidaları süfrənizdən əskik etməyin
-
Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir - Kamaləddin Qafarov
-
Bəzi pensiya alanları hansı dəyişikliklər gözləyir?
-
Zeytun Festivalının ikinci günü başladı - (Foto)
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?
-
Xaçmazda 1 hektardan çox ərazini əhatə edən park yenilənir - (Foto)
-
Xəstəxanaya yerləşdirilən Xalq artisti danışdı
-
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
-
AzTV üçün yeni bina tikiləcək - (Video)
-
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
-
Bakıda ölümlə nəticələnən davada saxlanılanlardan biri deputat oğludur - (Foto)
-
Hitlerin Alp dağlarındakı keçmiş sığınacağında yanğın





