Sosial şəbəkədə yayılan video diqqət çəkib.
Milli.Az xəbər verir ki, tanınmış "make-up" ustalarından biri verdiyi açıqlama ilə əlləri üzlərdə qoyub.
Belə ki, stilist toy günü gözəllik salonuna sevgilisi ilə birlikdə gələn gəlindən danışıb:
"Toy günü yanıma sevgilisi ilə gələn gəlinlər görmüşəm. İki dəfə baş verib. Ilk dəfə 4 il öncə rastlaşdım. Çox böyük depressiyaya düşdüm, uzun müddət özümə gələ bilməmişdim. Mənə deməmişdi, utanmışdı. Köməkçilərimə demişdi ki, bəzənməyə sevgilimlə gəlmişəm. O da gəlib məni aparacaq. Həmin xanımın axırı da heç yaxşı olmadı ayrıldı. Özü mənə yazmışdı. Kaş ki, belə şeylər olmasın, amma olur".
Musa
Milli.Az