Mədəniyyət

Dövlət Uşaq Filarmoniyası Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert-tamaşa ilə çıxış edib - FOTO

29 Sentyabr 2025 14:50
Baxış: 236
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı keçirilib.  Ənənəvi musiqi bayramı bu il dahi bəstəkar, maarifçi, ictimai xadim, milli mədəniyyətimizin təşəkkülündə müstəsna xidmətləri olmuş görkəmli şəxsiyyət Üzeyir Hacıbəylinin 140 illik yubileyinə təsadüf edir.

Dövlət Uşaq Filarmoniyasının ilk dəfə olaraq bütün kollektivləri ilə məhz 140 illik yubiley ilində  "Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı"na qatılması həm çox simvolik, həm də olduqca önəmli bir hadisə kimi tarixə yazıldı. "Musiqi və Sənət - Uşaq Qəlblərindən" adlı konsert-tamaşada İlk olaraq diqqətimizi cəlb edən, tədbirin fərqli formatda təqdim edilən maraqlı süjeti oldu. Belə ki, kollektivlər öz ifalarını Uşaq Filarmoniyasının qarşısından başlayaraq interaktiv kompozisiya şəklində konsert zalına qədər davam etdi.

Bu hissədə Nəfəsli Alətlər Ansamblı (bədii rəhbər Sərvan Mehdizadə), Azərbaycan Respublikasının Xalq artisti, dirijor, professor, Şöhrət ordeni laureatı Ağaverdi Paşayevin rəhbərliyi ilə fəaliyyət göstərən Uşaq-Gənclər Xalq Çalğı Alətləri Orkestri, Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri Nigar Zeynalova, Uşaq Xor Kollektivinin bədii rəhbəri Aysel Mehdizadə və Uşaq Folklor Rəqs Ansamblının bədii rəhbəri Məhəmməd Quliyevin birgə hazırladıqları maraqlı kompozisiyası, Leyla Muradzadənin rəhbərlik etdiyi xor kolletivi, Vokal sinifi (müəllim: Leyla Aslanova) "Sədəf" xalq çalğı alətləri ansamblının (bədii rəhbər: Qönçə Mehdiyeva, konsertmeyster Elmira Hümbətova), Uşaq Filarmoniyasının Solistləri Yusif Sadıxov və Mələkxanım Əsgərova "Leyli və Məcnun" operasından qısa duet səhnəsini  (Müəllim: xanəndə Elbrus Niftəliyev), gimnastlardan ibarət qrup (müəllim Səbinə Cəlilova), xoreoqraf Günel Təhməzovanın quruluş verdiyi "Leyli və Məcnun" operasında iki aşiqin sevgi dastanını əks etdirən kompozisiya səsləndi. Konsertin davamı olaraq filarmoniyanın konsert zalında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət klassik konsertlə proqrama yekun verildi.

Konserti "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğ İdarəsininsədri sədri Rüfət Mahmud, Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru Gülbacı İmanova, Litvanın Azərbaycandakı Səfiri Kestutis Vaskelevicius, İsrailin Azərbaycandakı Səfiri Ronen Kraus,  Almaniya səfirliyindən olan  nümayəndə Jens Lindemann izləyənlər arasında olub. Konsert zalında eyni zamanda uşaqların Milli Musiqi Günü ilə bağlı təəssüratlarını əks etdirən rəsmlərindən ibarət sərgi də nümayiş etdirilib (müəllimlər: Günay Qarayeva, Səriyyə Teymurova).  Konsert-tamaşanın baş rejissoru Günay Səttar, quruluşçu rejissorlar Nəsimi Əliyev və Nigar Əliyeva, rəssam Səriyyə Teymurovadır.

Qeyd edək ki, ümumilikdə 100-dən artıq uşaq və gəncin iştirak etdiyi bu tədbirdə istedadlı balalar öz bilik və bacarıqlarını, müəllimlərindən öyrəndiklərini sevərək nümayiş etdirdilər. 

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.