Cəmiyyət

"Dünya ürək günündə ürəkdən öldü..."

29 Sentyabr 2025 16:19
Baxış: 813
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

29 sentyabr - dünya ürək günü.

Ürək-damar xəstəlikləri bu gün də qlobal miqyasda ən aktual sağlamlıq problemlərindən biridir. Həm qanunverici, həm də həkim olaraq inanıram ki, cəmiyyətimizin sağlam gələcəyi üçün profilaktika, erkən diaqnoz və sağlam həyat tərzinin təşviqi ən əsas şərtlərdəndir.

Milli.Az xəbər verir ki, bu sözləri tanınmış ürək cərrahı Rəşad Mahmudov bildirib.

O xatırladıb ki, bu gün tanınmış istedadlı sənətkarımız Cabir İmanov qəfil ürək tutmasından dünyasını dəyişdi:

"Bu və bunun kimi acı hadisələr bir daha göstərir ki, gənc və sağlam görünən insanlar belə ürək-damar xəstəliklərinin təhlükəsi altındadır.

Ona görə də hər bir kəs üçün mütəmadi tibbi müayinələr, sağlam həyat tərzi, zərərli vərdişlərdən uzaq durmaq, şəkərli diabet və təzyiq kimi risk faktorları ilə mübarizə həyati əhəmiyyət daşıyır.

Cabir İmanova Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm. Hər bir insana isə sağlam ürək və uzun ömür arzulayıram.

Əziz dostlar, dəyərli həmvətənlər!

Ürəyinizi qoruyun, çünki onun içində sevdikləriniz var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.