Cəmiyyət

Məktəblərdə dərslərin müddəti 40 dəqiqə olacaq? - RƏSMİ AÇIQLAMA

29 Sentyabr 2025 17:47
Baxış: 325
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Son günlər sosial şəbəkələrdə və mediada məktəblərdə dərs müddətinin 45 dəqiqədən 40 dəqiqəyə endiriləcəyi ilə bağlı yayılan xəbərlər geniş müzakirələrə səbəb olub. 

Milli.Az məsələ ilə əlaqədar olaraq Elm və Təhsil Nazirliyi ilə əlaqə saxlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri"nə əsasən, ümumi təhsil müəssisələrində dərslərin davametmə müddəti 45 dəqiqədən az olmamalıdır.

Əlavə olaraq qurumdan verilən məlumata görə, dərslər arasında fasilənin müddəti 5-10 dəqiqə, uzun fasilələrin müddəti isə (2 və ya 3 dərsdən sonra) 10-30 dəqiqə təşkil edir. Bir böyük fasilə isə 2 və 3 dərsdən sonra müddəti 20 dəqiqə olan iki fasilə ilə əvəzlənir.
 
"Hazırda sözügedən sənədə dəyişiklik edilməsi məsələsi müzakirə mövzusu deyil",- nazirlikdən bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.