Cəmiyyət

Cabir İmanovun dostu: "Bu gün 15:30-da görüşümüz var idi"

29 Sentyabr 2025 18:14
Baxış: 661
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"15:30-da görüşümüz var idi".

Milli.Az xəbər verir ki, bu sözləri baku.tv-yə açıqlamasında vəfat edən Əməkdar artist Cabir İmanovun dostu deyib.

O, aktyorla planlaşdırdığı görüşünün yarım qaldığını vurğulayıb:

"Bu gün telefonda məlumat verildi. 15:30-da görüşümüz var idi. Çox təəssüf ki, görüş qismət olmadı. Xəbəri eşidən kimi gəldim. Hadisə idman zalında olub. Axşam isə toyda iştirak edib. Özünü yaxşı hiss edirmiş".

Xatırladaq ki, Əməkdar artist Cabir İmanov bu gün Bakıda idman zalında infarktdan vəfat edib. O məşq zalında müvazinətini itirərək yıxılıb. Aktyorun yaxınlığındakı şəxslər dərhal kömək etməyə çalışaraq ürək masajı ediblər.

C.İmanovun ürək fəaliyyətini bərpa etmək üçün ona elektroşok da tətbiq edilib. Lakin bu prosesin 20 dəqiqə davam etməsinə baxmayaraq, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.