Mədəniyyət

“Detache-Sabah” violinoçular ansamblının konserti baş tutub - FOTO

29 Sentyabr 2025 18:38
Baxış: 187
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Detache-Sabah" violinoçular ansamblının (bədii rəhbər Azərbaycan Respublikasının Xalq artisti Zəhra Quliyeva, konsertmeyster Səbinə Muradova) konserti baş tutub.

İlk olaraq  solistlər Zəhra Quliyeva və Ləman İsmayılovanın ifasında Johann Sebastian Bach-ın 2 violin üçün konserti (d-moll, 1-ci hissə) səslənib.

Daha sonra Georg Philipp Telemann  4 violin üçün konsert D-dur, Frans Schubert  "Ave Mariya", Nikolay Rimski-Korsakov "Arı uçuşu", Pyotr Çaykovski Vals, Zaxari Paliaşvili "Lekuri", Üzeyir Məmmədov "Xatirə", Yevgeni Doqa Vals, Sergey Prokofyev Marş, Johann Strauss "Anna Polka" (op.117) və Səid Rüstəmovun "İntizar" əsəri səslənib.
Sonda isə Üzeyir Hacıbəylinin "Koroğlu" operasından 2-ci rəqs ilə konsert başa çatıb.
                           
İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.