Mədəniyyət

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Gəzinti” adlı musiqili konsert proqramı təqdim olundu - FOTO

29 Sentyabr 2025 19:08
Baxış: 240
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Gəzinti" adlı musiqili konsert proqramı təqdim olundu. Estrada Simfonik Orkestrinin müşayiəti ilə keçirilən axşam tamaşaçılara Azərbaycan musiqisinin ən sevilən nümunələrini bəxş etdi.

Konsertdə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solistləri Xalq artisti Gülyanaq Məmmədova ifaçılar Mədinə Kazımova, Fəxri Kazım-Nicat, Rövşən Qəhrəmanov, Aynur İsgəndərli, Gülyanaq Məmmədova, İlhamə Qasımova, Ayşən Mehdiyeva Taleh Yəhyayev və qonaq ifaçılar Muhammed Elmira, Zaur Gəray, Elmira Atapur, İlqar Bəkirov çıxış etdilər.

Axşam boyu tamaşaçılar "Köç mənim qəlbimə", "Dağlar", "Ey Vətən", "Üzüm mahnısı", "Odlar yurdu Azərbaycan" və digər sevilən mahnıları dinlədilər.

Estrada Simfonik Orkestrinin ifasında isə Rauf Hacıyevin "Ordan-burdan" televiziya tamaşasından Giriş nömrəsi, Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsəri əsasında "Fantaziya", həmçinin X. Mirzəzadənin "Gəzinti" və Qara Qarayevin "Bir məhəllədən iki nəfər" əsərləri səsləndi.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.