Şou-biznes

Tanınmış aktyorun çıxışı faciəyə çevrildi - 39 nəfər öldü, 51 nəfər yaralandı

29 Sentyabr 2025 15:31
Baxış: 1 013
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hindistanın Tamil Nadu əyalətində aktyor və siyasətçi Vijayın seçki mitinqində izdiham faciəsi baş verib. Keçirilən tədbirdə azı 39 nəfər həyatını itirib, 51 nəfər isə yaralanıb.

Milli.Az xəbər verir ki, Hindistanın Baş naziri Narendra Modi hadisəni "dərin kədərləndirici" adlandırıb və ölənlərin ailələrinə başsağlığı verib. Hökumət faciənin səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradıb.

Hadisə, gələn il keçiriləcək seçkilər öncəsi Vijayın partiyası Tamilaga Vettri Kazhagam tərəfindən təşkil olunan təbliğat mitinqi zamanı yaşanıb. Həkim briqadaları təcili yardım məqsədilə Karura göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.