Cəmiyyət

Xaricilərə neçə azərbaycanlı uşaq övladlığa verilib?

29 Sentyabr 2025 18:46
Baxış: 290
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Övladlığa verilmə prosesi cəmiyyətin ən həssas mövzularından biridir. Bu, yalnız bir ailənin övlad həsrətinə son qoymaq deyil, həm də valideyn himayəsindən məhrum olmuş uşaqların həyatında tamamilə yeni bir səhifə açır.

Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da övladlığa götürmə institutunun əsas məqsədi uşaqların ailə mühitində böyüməsini təmin etmək, onların sağlam inkişafına, təhsilə və psixoloji sabitliyə sahib olmalarına şərait yaratmaqdır.

Bəs cari ildə Azərbaycanda neçə uşaq övladlığa verilib? Bunlar arasında neçə xarici vətəndaş var?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyindən Baku.ws-in sorğusuna cavab olaraq bildirilib ki, 2025-ci ildə 103, 2019-cu ilin 1 noyabr tarixindən bu günədək isə 772 uşaq övladlığa verilib. Onlardan 381-i qız, 391-i oğlan uşağıdır:

"Son illərdə Azərbaycanda övladlığa uşaq götürmək üçün müraciət edən xarici vətəndaşlar da var. Müraciətlərin dördü üzrə yekun məhkəmə qətnaməsi çıxarılaraq uşağın övladlığa verilməsi təmin edilib". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.